8 aylıq körpə ehtiyatsızlığın qurbanı oldu

8 aylıq körpə ehtiyatsızlığın qurbanı oldu

Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.

GunAz.az xəbər verir ki, hadisə rayonun Poladtuğay kəndində baş verib.

Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.

Uşaq hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.(Trend)

скачать dle 12.1
Geri qayıt