Siyəzəndə qadını avtomobil vuraraq öldürüb

Siyəzəndə qadını avtomobil vuraraq öldürüb

Siyəzəndə yolu keçən qadını avtomobil vuraraq öldürüb.

DİN-dən GunAz.az -a verilən məlumata görə, dekabrın 3-də saat 22 radələrində Siyəzən rayonu ərazisində Şabran şəhər sakini Əhməd Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik məlum deyil.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt