Piyadanı vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakıda naməlum piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu haqda GunAz.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Bakı şəhər BPİ və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmış “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.
скачать dle 12.1
Geri qayıt