Bakı-Ələt yolunda yük maşını aşıb

Bakı-Ələt yolunda yük maşını aşıb
Bakı-Ələt yolunda mərmər daşıyan TIR yük avtomobili qəza törədib.

GunAz.az-ın Report-a istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsinin qabaq təkəri partlayıb. Nəticədə yük maşını qarşısındakı "Mercedes" markalı avtomobili vurub. Zərbənin təsirindən TIR yolun kənarına düşərək aşıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1
Geri qayıt