79 yaşlı qadın pilləkəndən elə yıxıldı ki...

79 yaşlı qadın pilləkəndən elə yıxıldı ki...
Tovuzda yaşlı qadın yıxılaraq xəsarət alıb.

GunAz.az trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.

Kənd sakini, 1939-cu il təvəllüdlü Aslanova Xatun Əmiraslan qızı yaşadığı evin pilləkənindən yıxılıb.

Qadın sol ayağının sınığı və bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

скачать dle 12.1
Geri qayıt