Evdən 15 minlik qızıl oğurlandı
Naftalan şəhərində oğurluq hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, Naftalan şəhər polis şöbəsi əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən Səbuhi Səmədov və Ruslan Əsgərov həbs edilib.
Onların sentyabrın 8-də rayon ərazisindəki daha bir evdən 1400 manat və 15.000 manat dəyərində qızıl əşyaları oğurlamaları müəyyən edilib.