Cəlilabaddakı qəzada iki nəfər yaralandı

Cəlilabaddakı qəzada iki nəfər yaralandı

Cəlilabad rayonunda yol qəzası baş verib.

GunAz.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun  Musalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Quliyev Rövşən Fərəməz oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəza zamanı, həmçinin, digər avtomobilin sürücüsünün də yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt