Piyadanı vurub qaçan sürücü axtarışa verildi

Piyadanı vurub qaçan sürücü axtarışa verildi

Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, noyabrın 1-də saat 20:00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Kür qəsəbə sakini Zahir Səfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

скачать dle 12.1
Geri qayıt