Ağstafada it insanlara hücum edib

Ağstafada it insanlara hücum edib
Ağstafa rayonunda 5 nəfəri it dişləyib.

GunAz.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Eynallı kəndində saxlandığı həyətdən qaçan it 5 nəfərə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralılardan 44 yaşlı Pənah Hüseynov və 61 yaşlı Yaşar Bayramova, həmçinin daha 3 nəfərə tibbi yardım göstərilib və onlara quduzluğa qarşı iynə vurulub.

Sakinlərin bildirdiyinə görə, kənddə bir müddət əvvəl də oxşar hal yaşanıb. Belə ki, sahibinin həyətindən qaçan həmin it bir ailənin 3 üzvünə və kənddə qonaq olan daha 2 nəfərə xəsarət yetirib.

скачать dle 12.1
Geri qayıt