"VAZ" yük maşını ilə toqquşdu - Ölən var

"VAZ" yük maşını ilə toqquşdu - Ölən var

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən GunAz.az -a verilən məlumata görə, oktyabrın 22-də saat 18 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini Dərya Alxasovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi “Tatra” markalı yük avtomobili toqquşub, nəticədə D.Alxasov hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt