Tehran-Bakı-Tehran aviareysi ləğv edildi

Tehran-Bakı-Tehran aviareysi ləğv edildi

Oktyabrın 13-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.

GunAz.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Mahan Air” aviaşirkətinin saat 15:10-da “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air” aviaşirkətinin 16:10-da Bakıdan Tehrana olan “W5 1131” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

скачать dle 12.1
Geri qayıt