Bakıda 48 yaşlı ustanı “tok” vurub öldürdü

Bakıda 48 yaşlı ustanı “tok” vurub öldürdü
Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb.

GunAz.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Paytaxtın Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı vurub.

O dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər xəstənin həyatını xilas edə bilməyib.

A.Mərdanov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt