FHN ərəblərin yaşadığı evdə baş verən yanğınla bağlı məlumat yaydı

FHN ərəblərin yaşadığı evdə baş verən yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunda ərəblərin kirayə qaldığı evdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən GunAz.az-a verilən məlumata görə, Qəbələ rayonunda ümumi sahəsi 200 kv.metr olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 168 kv.metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın zamanı müxtəlif yanıq xəsarətləri almış 6 nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1
Geri qayıt