Piyadanı vuraraq qaçan sürücü ələ keçdi

Piyadanı vuraraq qaçan sürücü ələ keçdi

Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-dən GunAz.az -a verilən məlumata görə, sentyabrın 3-də saat 22 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bərdə rayon sakini İsmayıl İsmayılzadə vurulub.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rizvan Xanvəliyev saxlanılıb.

скачать dle 12.1
Geri qayıt