Bakıda axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub.

GunAz.az DİN saytına istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülüb.

скачать dle 12.1
Geri qayıt