Yevlaxda yük maşını aşdı: xəsarət alan var

Yevlaxda yük maşını aşdı: xəsarət alan var

Yevlax rayonunda yol qəzası baş verib.

GunAz.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Ford" markalı yük avtomobili şini partlaması nəticəsində idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü - Sabirabad rayon sakini, 1960-cı il təvəllüdlü Namaz Hüseyn oğlu Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.Qeyd edək ki, avtomobilin yük yerində olan meyvə-tərəvəz ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt