Baba nəvəsini avtomobillə vurdu

Baba nəvəsini avtomobillə vurdu

Yevlax rayonunda baba nəvəsini avtomobillə vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən GunAz.az -a verilən məlumata görə, sentyabrın 6-da saat 17 radələrində Yevlax şəhər sakini Novruz Nağıyev“Volkswagen” markalı avtomobili idarə edərkən evinin həyətində nəvəsi - 3 yaşlı Ramiz Əlizadəni vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt