Gürcüstanda meşə yanğını başladı
Gürcüstanda meşə yanğını başlayıb.
GunAz.az xəbər verir ki, Ateni dərəsində qeydə alınan yanğın 8 hektara yaxın sahəni əhatə edib.
Yanğının söndürülməsinə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin yanğınsöndürənləri və xilasediciləri cəlb olunub. Çətin relyef səbəbindən yanğın ocağına yaxınlaşmaq hələlik mümkün olmayıb.
Yanğının aradan qaldırılmasına əlavə qüvvə cəlb olunacaq. (report)