FHN yanğınla bağlı məlumat yaydı

FHN yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən GunAz.az-a bildiriblər ki, paytaxtın Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı ev və bitişik, birmərtəbəli evin (hazırda yaşayış yoxdur) 100 kvadratmetri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt