Mənzildə qadın cəsədi tapıldı

Mənzildə qadın cəsədi tapıldı
Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

GunAz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Nəsirova Gül Qara qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

скачать dle 12.1
Geri qayıt