Neftçalada oğurluq hadisəsi
Neftçala rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə GunAz.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evlərin birindən 2000 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Nəhmədov saxlanılıb.
