Evdən külli miqdarda oğurluq edilib

Evdən külli miqdarda oğurluq edilib

Bakıda evdən 5000 ABŞ dolları və 1700 manatlıq qızıl əşyalar oğurlanıb. 

Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Səbail rayon Polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 1700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılıb. 

скачать dle 12.1
Geri qayıt