Sumqayıtda iki məktəblini avtomobil vurub

Sumqayıtda iki məktəblini avtomobil vurub

Sumqayıt şəhərində kursdan çıxan iki məktəbli qızı avtomobil vurub.

GunAz.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. 

Belə ki, 2002-ci il təvəllüdlü Rəhiməxanım Etibar qızı Sadıqova və 2005-ci il təvəllüdlü Nəbiyyə İsmayıl qızı Sadıqovanı yolu keçmək istəyərkən maşın vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt