Ev yandı — Yaralanan var

Ev yandı — Yaralanan var
Cəlilabad rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az -a verilən məlumata görə, Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində aynabəndin tavanı və döşəməsi 30 m² sahədə qismən yanıb.

Yüksək temperaturdan evin 7 ədəd pəncərəsi əriyib. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

скачать dle 12.1
Geri qayıt