Rusiya təkzib etdi - “Qırıcılar ələ keçirilməyib” + Yenilənib

Rusiya təkzib etdi - “Qırıcılar ələ keçirilməyib” + Yenilənib

Böyük Britaniyanın Kral Hərbi-hava qüvvələri Qara dəniz üzərində NATO-nun hava məkanına daxil olan Rusiyaya məxsus “Su-24” qırıcılarının “Eurofighter Typhoons” tərəfindən ələ keçirilməsi ilə bağlı məlumat yayıb.

GunAz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatda Rusiyanın 6 qırıcısı NATO-nun hava məkanına daxil olarkən qırıcıların Rumıniyanın aviabazasından havaya qaldırıldığı qeyd olunub.

Hələlik Rusiya tərəfi məsələyə münasibət bildirməyib. 

Rusiyanın Müdafiə Nazirliyi “Su-24” qırıcılarının NATO ölkələrindən birinə məxsus qırıcılar tərəfindən ələ keçirilməsi faktını təkzib edib.

Bildirilib ki, Rusiyaya məxsus 4 təyyarə Qara dəniz üzərində təlim uçuşları həyata keçirib və heç bir hava məkanını pozmayıb. NATO-nun qırıcıları Rusiya təyyarələrindən 30 kilometr məsafədə olub, heç bir manevr və yaxınlaşma baş verməyib.

скачать dle 12.1
Geri qayıt