Keçmiş məhkum külli miqdarda pul oğurladı

Keçmiş məhkum külli miqdarda pul oğurladı
Bakıda evdən külli miqdarda pul oğurlanıb.

DİN-dən GunAz.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunan Emin Cabbarov saxlanılıb.

Aparılan tədbirlərlə onun həmin gün daha bir evdən qızıl əşyalar oğurlaması müəyyən edilib.

скачать dle 12.1
Geri qayıt