Göyçayda qəza - Xəsarət alanlar var

Göyçayda qəza - Xəsarət alanlar var
Göyçay rayonunda yol qəzası baş verib.

GunAz.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Kürdəmir rayonunun Şahsevən kənd sakini, 1963-cü il təvəllüdlü Ağadadaş Məmmədov və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Kifayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt