Turist avtobusu minik avtomobili ilə toqquşub: 21 yaralı

Turist avtobusu minik avtomobili ilə toqquşub: 21 yaralı

Türkiyənin Antalya şəhərində turist avtobusu minik avtomobili ilə toqquşub.

GunAz.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 21 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Məlumata əsasən, xəsarət alanların 19-u avtobusun sərnişini olub, digərləri isə minik avtomobilinin sürücü və sərnişinidir.

 

скачать dle 12.1
Geri qayıt