Avtobus bombalandı: 50 ölü

Avtobus bombalandı: 50 ölü

Yəmənin şimal-qərbində yerləşən Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 77 nəfər yaralanıb.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç komitəsinin tvitter hesabında yerləşdirilən bəyanatında bildirilir.

Daha əvvəl yaşı 15-ə qədər olan ən azı 29 uşağın həlak olduğu, 30 uşağın isə yaralandığı bildirilirdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının bəyanatına istinadən “Al-Arabia” telekanalı bildirib ki, raket koalisiyaya aid idi.

скачать dle 12.1
Geri qayıt