22 yaşlı gənc Mingəçevir su anbarında batdı
Mingəçevir su anbarında (nəzarətsiz ərazi) 1 nəfər batıb.
GunAz.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1996-cı il təvəllüdlü Məmmədov Tofiq Rafiq oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.