Türkiyədə axtarışda olan terrorçular məhv edildi

Türkiyədə axtarışda olan terrorçular məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələri Tuncəli vilayətində 6 terrorçunu məhv edib.

GunAz.az “Anadolu”ya istinadla xəbər verir ki, öldürülənlər arasında xüsusi təhlükə kəsb edən terrorçu – İlkər Tezer də var. O, “narıncı siyahı” üzrə axtarışda olub.

Tezer iki asayiş keşikçisinin yaralanması ilə nəticələnən silahlı basqınlarda (2013 və 2016-cı illər) iştiraka görə axtarılırdı.

Vilayətdə antiterror əməliyyatları davam edir.

скачать dle 12.1
Geri qayıt