İsmayıllıda maşın dərəyə aşdı - Ölən var

İsmayıllıda maşın dərəyə aşdı - Ölən var

İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən GunAz.az-a verilən məlumata görə, avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində kənd sakini Vasiliy Kazakov idarə etdiyi “UAZ-69” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt