İsti hava 5 nəfəri öldürdü
İspaniyada şiddətli istilər davam edir.
GunAz.az xəbər verir ki, artıq 5 nəfər isti havadan dünyasını dəyişib.
Ötən gün 2 nəfər dünyasını dəyişib, onların hər ikisinin evsiz-tüfeyli həyat sürən şəxs olduğu bidirilir.
Ötən həftə isti hava səbəbindən ölən 3 nəfərin də tüfeyli həyat tərzi keçirən şəxlər olduğu qeyd olunub.
Hazırda İspaniyada havanın hərarəti 40 dərəcədən bir qədər çoxdur.
İsti havaların meşə yanğınlarına da səbəb olduğu qeyd olunur.