Şəmkirdə ağır yol qəzası: Ölən və yaralananlar var
Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.
GunAz.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.