2 tondan artıq narkotik bitki məhv edildi

2 tondan artıq narkotik bitki məhv edildi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu haqda GunAz.az-a DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan ümumilikdə 3254 ədəd narkotik tərkibli çətənə  bitkisi müəyyən edilərək müvafiq qaydada məhv edilib.

скачать dle 12.1
Geri qayıt