Masallı sakini faciəvi şəkildə öldü

Masallı sakini faciəvi şəkildə öldü
Masallı rayon sakini faciəli şəkildə ölüb.

GunAz.az  xəbər verir ki, hadisə Abşeron rayonunda, “SEN İnşaat” MMC-nin ərazisində qeydə alınıb. Masallı rayon sakini Ağaməli Qurbanov istismar müddəti bitmiş yük avtomobilinin metal hissələrini kəsərkən maşının yanacaq çənində olan yanacaq məhlulu onun üzərinə sıçrayıb və yaranan qığılcımdan o yanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən A. Qurbanovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

скачать dle 12.1
Geri qayıt