Gürcüstanda helikopter qəzası: 5 yaralı
Gürcüstanın Kaxeti bölgəsində Sərhəd Polisinə məxsus helikopter qəzaya uğrayıb.
GunAz.az xəbər verir ki, helikopter sərhəd məntəqəsi yaxınlığında qəza enişi edib.
Helikopter “Laqodexi” sərhəd bölməsinə planlaşdırılmış rotasiya üçün uçuş yerinə yetirirdi.
Qəza nəticəsində xəsarət alan 5 ekipaj üzvü Telavi xəstəxanasına yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı araşdırmaya başlayıb.