Masazırda iki avtomobil toqquşub

Masazırda iki avtomobil toqquşub
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Masazır kəndində "SEAT" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
FHN-dən GunAz.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​
скачать dle 12.1
Geri qayıt