Piyadanı avtomobil vurdu

Piyadanı avtomobil vurdu

Abşeron rayonu Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən GunAz.az-a verilən məlumata görə, iyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt