Şəmkirdə faciə - 4 nəfər boğuldu

Şəmkirdə faciə - 4 nəfər boğuldu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub.

GunAz.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

APA-nın qərb bürosunun xəbərinə görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.

скачать dle 12.1
Geri qayıt