Gənclər maşını qaçırdaraq dirəyə çırpdı
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəribə oğurluq cinayəti baş verib.
Gunaz.az bildirir ki, Elçin Səlimov özünə məxsus “Hyundai” markalı avtomobili təmizlətdirmək məqsədi ilə E.Fətəliyev küçəsi 51-dəki avtoyuyucu məntəqəsinə verib. Yuyucu məntəqəsində işləyən Rafiq və Salman adlı gənclər isə avtomobii yumaq əvəzinə onu qaçırdaraq sürməyə başlayıblar. Ancaq iş bunula bitməyib . Gənclər avtomobili düzgün idarə edə bilmədiklərindən onu işıq dirəyinə vurublar. Hadisə yerinə gələn dövlət yol polis şöbəsinin əməkdaşları avtomobilin qaçırıldığını biləndən sonra avtoyuyucuları həbs edib.
Faktla bağlı Sabunçu RPİ-nin 13-cü polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.