Şəmkirdə musiqiçiləri daşıyan maşın qəzaya düşdü

Şəmkirdə musiqiçiləri daşıyan maşın qəzaya düşdü

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.

Faktla bağlı araşdırma aparılır. (APA)

скачать dle 12.1
Geri qayıt