Dəhşətli qəza: Bakıya giriş dayandırıldı - Foto
Bakıda yol qəzası baş verib.
Gunaz.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.
Bakı-Ələt Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağsement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.
Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.