Ağır yol qəzası: 3 ölü, 39 yaralı

Ağır yol qəzası: 3 ölü, 39 yaralı

Türkiyənin Karaman şəhərində sərnişin avtobusu aşıb.

Gunaz.az xəbər verir ki, qəza nəticəsində azı 3 nəfər həlak olub, 39 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetmənin itirməsi olub.

Qəza ilə bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt