4 uşağı girov saxlayır-ŞOK OLAY

4 uşağı girov saxlayır-ŞOK OLAY

ABŞ-ın Florida ştatının Orlando şəhərində bir kişi 4 uşağı artıq 12 saatdan çoxdur ki, girov saxlayır.

Gunaz.az xarici mətbuata istinadən xəbər verir ki, iyunun 10-u axşam polisə bir qadın zəng edərək dostu tərəfindən döyüldüyünü bildirib. Asayiş keşikçiləri onu tutmaq istəyəndə, kişi onlara atəş açıb. Sonda bir polis əməkdaşı yaralanıb, kişinin özü isə 1, 6, 10 və 11 yaşlarında olan dörd uşağı girov götürərək mənzildə müdafiə olunur.

скачать dle 12.1
Geri qayıt