Kür çayında tapılan meyitin KİMLİYİ MƏLUM OLDU

Kür çayında tapılan meyitin KİMLİYİ MƏLUM OLDU

İyunun 6-da Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlunun meyiti aşkarlanıb.

APA-nın xəbərinə görə, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub. Meyit FHN-in müvafiq qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***
Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

Gunaz.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə,  Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

скачать dle 12.1
Geri qayıt