FHN:Bakının mərkəzində yanğın baş verib

FHN:Bakının mərkəzində yanğın baş verib

Bakının mərkəzində ağaclıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Gunaz.az-a verilən məlumata görə, hadisə Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin ətrafındakı ağaclıqda baş verib.

Hadisə nəticəsində ərazidəki kol-kos yanıb.

FHN-nin yanğınsöndürmə briqadası tərəfindən yanğının qarşısı alınıb və tam söndürülüb.

скачать dle 12.1
Geri qayıt