Samuxda su kanalında 24 yaşlı gənc batıb

Samuxda su kanalında 24 yaşlı gənc batıb

Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlu batıb.

Gunaz.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Meyit Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

скачать dle 12.1
Geri qayıt