Göygöl sakini meşəyə getdi və... - BƏDBƏXT HADİSƏ Hadisə

Göygöl sakini meşəyə getdi və... - BƏDBƏXT HADİSƏ Hadisə

Göygöl rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Gunaz.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Tülallar kənd sakini Tağıyev Boran Nodar oğlu rayonun meşəlik ərazisində ayağı sürüşərək yıxılıb və dərəyə düşüb.

Başından ağır xəsarət alan T.Boran hadisə yerində keçinib. Meyit morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

скачать dle 12.1
Geri qayıt