Almaniyada polis sərnişini güllələdi

Almaniyanın Flenburq şəhəri yaxınlığında qatarda naməlum şəxs digər sərnişini bıçaqla yaralayıb.
Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşlarını görən silahlı polislərdən birinə hücum edib və yaralayıb. Digər polis əməkdaşı hücum edən şəxsi güllələyib.
Yaralanan sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.